...

Azərbaycanlı idmançı: Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq

Cəmiyyət Materials 1 Avqust 2016 23:14 (UTC +04:00)
Olimpiya oyunlarına böyük ümidlərlə gedirik, inanırıq ki, xalqımızı sevindirəcəyik
Azərbaycanlı idmançı: Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq

Bakı. Elçin Mehdiyev-Trend:

"Olimpiya oyunlarına böyük ümidlərlə gedirik, inanırıq ki, xalqımızı sevindirəcəyik".

Trend-in məlumatına görə, bunu Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına yola düşən Azərbaycan güləşçisi Toğrul Əsgərov deyib.

T.Əsgərov bildirib ki, idmançılar yarışlara kifayət qədər güclü hazırlaşıblar: "Olimpiya oyunlarına gedən bütün idmançılarımız peşəkardırlar. Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq. Bizə yaradılan bütün bu şəraitə görə ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti