Bakı. Trend:
Qaradağ rayonunda içməli suyun təchizatında məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının içməli su təchizatı sistemlərinin yenidən qurulması ilə əlaqədar avqustun 6-da gün ərzində Lökbatan qəsəbəsi İ.Nəbiyev, B.Niftəliyev, Ş.Xəlilov, A,Şəbiyev, A.Qurbanov, 28 may küçələrinə, 1594,1595,1596-cı keçid və 6,7,8-ci massivlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.