...

141 kiloqramdan çox narkotik vasitə - heroin aşkar olunub (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Avqust 2016 10:50 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə - heroin aşkar olunub.
141 kiloqramdan çox narkotik vasitə - heroin aşkar olunub (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə - heroin aşkar olunub. Bu barədə DGK Mətbuat Xidmətindən Trend-ə verlən məlumatda bildirlir.

Belə ki, avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına roentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin döşəməsindəki gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti