...

Monteneqroda qalan azərbaycanlı turistlərin qayıtmaları həll olundu

Cəmiyyət Materials 15 Avqust 2016 16:12 (UTC +04:00)
ATS (Aerolux Touristic Services) turoperatorunun müflis olması səbəbindən Tivat-Bakı marşurutu üzrə birbaşa reyslərin "Montenegro Airlines" aviaşirkəti tərəfindən dayandırılması ilə əlaqədar olaraq azərbaycanlı turistlər Podqoritsa-İstanbul-Bakı reysi ilə vətənə qayıdacaqlar.
Monteneqroda qalan azərbaycanlı turistlərin qayıtmaları həll olundu

Bakı. Maksim Tsurkov - Trend:

ATS (Aerolux Touristic Services) turoperatorunun müflis olması səbəbindən Tivat-Bakı marşurutu üzrə birbaşa reyslərin "Montenegro Airlines" aviaşirkəti tərəfindən dayandırılması ilə əlaqədar olaraq azərbaycanlı turistlər Podqoritsa-İstanbul-Bakı reysi ilə vətənə qayıdacaqlar. Bunu Trend-ə Monteneqroda olan Azərbaycan turistlərindən biri məlumt verib.

Onun sözlərinə görə, Monteneqroya reyslərin təşkilini və yerləşdirməni həyata keçirən turizm şirkəti özünün müflis olması barədə elan edib və aviaşirkət də öz tərəfindən bütün reysləri təxirə salıb.

Azərbaycanlı turist bildirib: “Sabah səhər Tivatdan Bakıya uçmalı idik, lakin indi avtobusla 3 saat Podqoritsaya getməliyik. Oradan İstanbula uçmalıyıq və daha 2 saat gözləməklə gecə saat 2-də Bakıya uçacağıq. Beləliklə avqustun 17-də Bakıda olacağıq”.

Azərbaycanlı turist əlavə edib ki, Bakıya çatmaq xərcləri ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti