...

Qaradağda dini radikalizmlə mübarizədə yolları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2016 16:05 (UTC +04:00)
Qaradağ rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Qaradağda dini radikalizmlə mübarizədə yolları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Bakı şəhəri üzrə şöbənin əməkdaşları, Qaradağ rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Pərviz Mustafayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon şöbəsinin rəis müavini Mehdi Abbasov, Qaradağ rayonunda fəaliyyət göstərən Müşfiqabad, Ələt, Qobustan, Səngəçal, Ümid və Sahil qəsəbələrinin dini icma nümayəndələri, rayon fəalları, ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Y.Nəsibov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, həyat tərzi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

N.Məmmədov dini radikalizmə qarşı mübarizə metodlarından, bu mübarizədə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən söhbət açıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, qazı Rahib Babayev ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edərək, bu fəaliyyətin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıb.

A.Kazımov çıxışında Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı ümumi məlumat verərək, rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə qarşı mübarizədə görülən tədbirlərdən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən söhbət açıb. O, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti sayəsində ölkəmizdə tolerant mühitin qorunub saxlanıldığını qeyd edib.

Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini və dini radikalizmə qarşı mübarizə yolları ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Sonda dini icma sədrləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu və ümumilikdə respublikamızda dini radikalizmə qarşı mübarizədə görülən mütərəqqi addımlarla bağlı ölkə başçısı cənab İlham Əliyevə təşəkkür məktubunun ünvanlanması təklif edilib və təklif yekdilliklə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti