...

ANAMA Partlamamış Hərbi Sursatlar haqqında hesabatını açıqladı

Cəmiyyət Materials 16 Avqust 2016 17:34 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
ANAMA Partlamamış Hərbi Sursatlar haqqında hesabatını açıqladı

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ağdam rayonunda Zəngişalı kəndi ərazisində – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U - Qrad raketin və top mərmilərinin qalıqları aşkar edilərək göturülmüş, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb. Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri, partlamış 9M22U - Qrad raketin və top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunda Həsənqaya kəndi ərazisində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb. Cəmi: 1 otlaq sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb.

16 avqust tarixində 3 əkin sahəsi və 1 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U - Qrad raketin və top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 13 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 16 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti