...

Fərqli mədəniyyət və dinlərə sahib gənclər “Beynəxalq Gənclər Düşərgəsi”ndə bir arada (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2016 11:20 (UTC +04:00)
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Beynəxalq Gənclər Düşərgəsi” keçirir.
Fərqli mədəniyyət və dinlərə sahib gənclər “Beynəxalq Gənclər Düşərgəsi”ndə  bir arada (FOTO)

Bakı. Trend:

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Beynəxalq Gənclər Düşərgəsi” keçirir.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Dünyanın müxtəlif ölkələrindən, fərqli mədəniyyət və dinlərə sahib gənclərin toplaşdığı düşərgə çərçivəsində iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Heydər Əliyev Mərkəzi, bir sıra mədəni - tarixi abidələrlə tanış olublar. İştirakçılara Azərbaycanın zəngin mədəni tarixi, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verilib. Eyni zamanda multukulturalizm, tolerantlıq məkanı olan ölkəmizdə tarixən müxtəlif xalqların mədəniyyətlərarası, dinlərarası dilaloq və sülh şəraitində yaşadığı bildirilib.

Qeyd edək ki, bir həftə ərzində davam edən layihə çərçivəsində gənclərə rasimzm, miqrasiya və qaçqın problemi kimi mövzularda təlimlər, simulyasiya oyunları layihələrin idarə olunmasi olunması ilə bağlı məlumatlar verilib. Layihənin öz işini 31 avqusta yekunlaşdırması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti