...

Sloveniyada "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2016 14:45 (UTC +04:00)
Sloveniyanın Novo-Qoritsa şəhərində "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" mövzusunda tədbir keçirilib.
Sloveniyada "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Sloveniyanın Novo-Qoritsa şəhərində "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" mövzusunda tədbir keçirilib.

Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Sloveniya parlamentinin sədri Milan Brqlez, Nova-Qoritsa şəhərinin meri Matery Arçon, Sloveniya parlamentinin deputatları, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Tədbirə qatılanlar ilk öncə 2-ci Dünya müharibəsi zamanı Sloveniyanın alman faşizmindən azad olunmasında qəhrəmanlıq şücaəti göstərərək həlak olmuş Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açaraq, son illər Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya, Sloveniya prezidentinin isə Azərbaycana rəsmi səfərlərindən sonra qarşılıqlı iqtisadi, siyasi, elmi, mədəni münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdıran diplomat son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində Gəncə şəhərinin müasirləşdiyini qərblə şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq mərkəzinə çevrildiyini vurğulayıb. Gəncə şəhərinin 2016-cı ildə Avropanın gənclər paytaxtı elan olunduğunu bildirən A.Xudiyev bu il dünyanın bir çox ölkələrindən minlərlə turistin bu qədim diyara səfər etdiyini nəzərə çatdırıb. Ötən il Gəcə şəhərində olan slovenyalı fotojurnalist Maya Modrinyakın Gəncəbasar bölgəsindən hazırladığı fotoreportajların böyük maraqla qarşılandığını vurğulayıb.

Sonra Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sloveniyaya göndərilmiş "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" mövzusuna həsr olunmuş foto sərgi və sənədli film nümayiş etdirilib.Tədbirdə çıxış edən Sloveniyanın dövlət və hökumət rəsmiləri Azərbaycanla Slovenya arasında inkişaf edən dostluq və qardaşlıq əlaqələrindən danışıblar. Bu il Gənçənin Avropanın gənclər şəhəri elan olunmasını ,ölkəmizin regional inkişafının əyani göstəricisi kimi xarakterizə ediblər.

Jurnalistlərin diqqətini cəlb edən tədbir Sloveniyanın aparıcı televiziya və KİV-lərində geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti