...

AMEA-da magistraturaya plan yerlərinin sayı artırılacaq

Cəmiyyət Materials 7 Sentyabr 2016 16:40 (UTC +04:00)
AMEA-da magistraturaya qəbul ixtisaslarının, plan yerlərinin sayı artırıla bilər.
AMEA-da magistraturaya plan yerlərinin sayı artırılacaq

Bakı. İlhamə İsabalayeva -Trend:

AMEA-da magistraturaya qəbul ixtisaslarının, plan yerlərinin sayı artırıla bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

AMEA-nın Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov isə bildirib ki, elmi qurumun tarixində ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub. Ə.Sadıqov Akademiyaya qəbul zamanı bakalavrlar arasında güclü rəqabətin olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti