...

Komissiya sədri: Dünənki zəlzələdə Balakəndə heç bir binada çatlar yaranmayıb

Cəmiyyət Materials 8 Sentyabr 2016 09:40 (UTC +04:00)
Dünən Balakəndə baş verən zəlzələ nəticəsində heç bir binada ciddi fəsadlar və yeni çatlar yaranmayıb.
Komissiya sədri: Dünənki zəlzələdə Balakəndə heç bir binada çatlar yaranmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünən Balakəndə baş verən zəlzələ nəticəsində heç bir binada ciddi fəsadlar və yeni çatlar yaranmayıb.

Bunu Trend-ə Balakən rayon icra başçısının birinci müavini, Balakən rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev bildirib: "İctimai, kommunal yaşayış binalarında heç bir problem yoxdur. Balakəndə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən bina yoxdur. Sadəcə, əvvəlki zəlzələlərdən zərər çəkən 50 fərdi evdə yaşayan ailələrin köçürülməsi və onlar üçün yeni binaların tikilməsi nəzərdə tutulur. Yəqin ki, yaxın vaxtlarda bu tikinti işlərinə başlanılacaq”.

Qeyd edək ki, bu gecə saat 01:29-da Zaqataladan 19 km şimal-qərbdə Balakən rayonu ərazisində, 3 km dərinlikdə, 4,1 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti