...

Gənclər arasında dini radikalizmlə bağlı sorğu keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2016 16:08 (UTC +04:00)
Qubada gənclər arasında dini radikalizmlə bağlı sorğu keçirilib.
Gənclər arasında dini radikalizmlə bağlı sorğu keçirilib (FOTO)

Bakı. Trend:

Qubada gənclər arasında dini radikalizmlə bağlı sorğu keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” mövzusunda həyata keçirilən layihə çərçivəsində Quba şəhərində Quba, Qusar və Xaçmaz rayonlarından olan bir qrup gənc arasında “Dini radikalizm gənclərin gözü ilə” adlı yazılı sorğu aparılıb. Sorğuda 90 nəfər iştirak edib.

Gənclərə “dini radikalizm nədir?”, “dini radikalizmlə mübarizədə gənclərin rolu nədən ibarətdir?” və s. bu kimi sullar verilib. Respondentlərin cavabları təşkilatın ekspertləri tərəfindən araşdırılıb və gənclərin dini radikallıqla mübarizədə müxtəlif kreativ metodlar təklif etdikləri müəyyən olunub.

İcra planına uyğun olaraq adıçəkilən layihə əsasında həyata keçirilən tədbirlər uğurla davam etdirilir və gənclər tərəfindən yüksək səviyyədə qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti