BANM "Bilik günü"nü yeni uğurlarla açır (FOTO)

BANM "Bilik günü"nü yeni uğurlarla açır (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib. Tədbirdən öncə qonaqlar tərəfindən Ulu öndər Heydər Əliyevin Ali Məktəbin foyesində qoyulmuş büstü ziyarət olundu və büstün önünə gül dəstələri düzülüb.

Tədbiri giriş nitqi ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını və qonaqları salamlayaraq onları bu əlamətdar gündə BANM-də görməkdən məmnun olduğunu bildirdi. Rektor Elmar Qasımov 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik etdi. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar.Qasımov bildirdi ki, bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə ümumi orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olduğunu dedi. Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yaradılması haqda Fərmanını vurğulayaraq, Ali Məktəbin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu dedi. Rektor Ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilmiş qarşıdan gələn “20 sentyabr-Neftçilər günü” münasibəti ilə də bütün Azərbaycan neftçilərini ürəkdən təbrik etdi və BANM-in tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyindən əminliyini ifadə etdi. Elmar Qasımov bu il BANM-ə qəbul olan 17 tələbənin Prezident təqaüdçüsü adına layiq görüldüyünü də qeyd etdi.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi. Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Ali Məktəbin qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirdi. Rövnəq Abdullayev BANM-də 2016/2017-ci tədris ilində bu işlərin davam etdiriləcəyinə, Ali Məktəbin fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə etdi. O, BANM-ə yeni qəbul olmuş tələbələri və onların valideynlərini təbrik etdi.

BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell öz növbəsində Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkət arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Qordon Birrel BANM-in yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirdi. Qordon Birrell hər il Ali Məktəbin tələbələrinin BP-nin layihələrində uğurla iştirak edərək I yeri qazandıqlarını qeyd etdi. O, dedi ki, BANM BP-nin ən yaxın tərəfdaş Ali Məktəbidir. Qordon Birrell tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzuladı.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts öz çıxışında tələbələrə uğurlar arzulayaraq onlara səylə çalışmalarını və təhsildə nailiyyətlər əldə etməyi tövsiyə etdi.

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına 700 bal toplayaraq daxil olan tələbə Rəvan Nəzərəliyev çıxış edərək Ali Məktəbin tələbəsi adını qazandığı üçün fəxr etdiyini və sevinc hissi keçirdiyini dedi. O, bildirdi ki, BANM-ə qəbul olmaq onun ən böyük arzusu olub və o, bu arzusuna çatmasından çox məmnundur. O, yüksək səviyyədə təhsil üçün BANM-də yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuş ilk əcnəbi tələbə, Hindistan vətəndaşı Entoni-Mario Suares çıxış edərək, bu Ali Məktəbi beynəlxalq səviyyəli bir təhsil ocağı kimi seçdiyini və burada təhsil alamasından sevinc hissi keçirdiyini dedi.

BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi, BP-nin “Texno Fest” layihəsininn qalibi Elşən Mikayılov BANM-də tələbələrin həm təhsil alması, həm də sosial inkişafı üçün görülən işlərdən söz acdı və qazandığı uğurda BANM-in adının və professor-müəllim heyətinin əməyi olduğunu bildirdi. O, BANM-də tələbələr üçün yaradılan geniş imkanların sayəsində bu uğuru qazandığını qeyd etdi. Elşən Mikayılov SOCAR-ın rəhbərliyinə və BANM-in rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edərək, bu il qəbul olmuş tələbələrə burda yaradılan şəraitdən bəhrələnməyi arzu etdi.

BANM-də təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevin və bu il 700 bal toplamış tələbə Rəvan Nəzərəliyevin və 685 bal toplamış Nurlan Nəzərəliyevin atası Rauf Nəzərəliyev valideynlər adından çıxış edərək sevincinin böyük olduğunu və övladlarının məhz bu Ali Məktəbin tələbəsi adını qazandıqları üçün qürur hissi keçirdiyini bildirdi. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından məmnunluq idadə edən valideyn bu il qəbul olan bütün tələbələrə təhsildə uğurlar arzuladı. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürünü ifadə etdi. Rauf Nəzərəliyev SOCAR rəhbərliyinə, o cümlədən BANM-in rəhbərliyinə ailəsi adından təşəkkür etdi.

Tədbirin sonunda qonaqlar 2016/2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim etdilər.

Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
Dövlət Məşğulluq Agentliyi startap layihələrini dəstəkləyəcək
Dövlət Məşğulluq Agentliyi startap layihələrini dəstəkləyəcək
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
Loading Bars
Xəbər lenti
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
ABŞ-ın Los-Anceles dairəsinin hakimiyyəti sakinlərə evdən çıxmamağı tövsiyə edib
Üsyançılar Eritreya paytaxtına raket atıblar
Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub
ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Bütün xəbərlər