...

İŞİD-in tərkibində vuruşanların məhkəməsi keçirilib

Cəmiyyət Materials 19 Sentyabr 2016 13:11 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovdan ibarət silahlı dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İŞİD-in tərkibində vuruşanların məhkəməsi keçirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovdan ibarət silahlı dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə vermək istəməyən şahidlərə hakimlər tərəfindən xəbərdarlıq edilib. Bildirilib ki, şahidlər ifadə vermədikləri halda barələrində cinayət işi başlanacaq, məsuliyyətə cəlb ediləcəklər və onları 5 ilədək həbs cəzası gözləyir.

İş üzrə növbəti məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, ifadə verməkdən imtina edən şahidlər - Kamran Əzizov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay, Malik Musayev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları -Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Z.Heydərov, E.Əzizov, V.Talıbov, R.Ağcabəyov və E.İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti