...

Şəkidə gənclər üçün treninq keçirilib

Cəmiyyət Materials 22 Sentyabr 2016 16:45 (UTC +04:00)
Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı peşə məktəbində gənclər üçün “Biznes planların hazırlanması” mövzusunda treninq keçirilib.
Şəkidə gənclər üçün treninq keçirilib

Bakı. Trend:

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı peşə məktəbində gənclər üçün “Biznes planların hazırlanması” mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti