Bakı. Trend:
"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansın sədri Elmar Məmmədov "Neftçi" fan-klubun prezidenti vəzifəsinə seçilib.
Trend-in məlumatına görə, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev Ukrayna ərazisində "Neftçi" PFK-nın adının istifadəsinə icazə verilməsi üçün məktub göndərib.
Layihənin məqsədi Ukraynadakı azərbaycanlıların həmrəyliyini möhkəmləndirməkdir ki, bu da həmyerlilərimizin başçılıq etdiyi yeni strukturların yaradılması üçün əlavə səbəb olacaq.