...

Sabah yağmurlu hava olacaq

Cəmiyyət Materials 30 Sentyabr 2016 13:00 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Oktyabrın 3-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti