...

Penitensiar Xidmətdə yeni təyinatlar

Cəmiyyət Materials 13 Oktyabr 2016 18:02 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişiklikləri olub.
Penitensiar Xidmətdə yeni təyinatlar

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişiklikləri olub.

Trend-in məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovniki Məhərrəm Qafarov Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təsdiq edilib. M.Qafarov bu təyinatadək həmin vəzifəni icra edib.

Həmçinin ədliyyə polkovnik leytenantı Mirsaleh Seyidov Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti