...

Bakıda şagirdinə xəsarət yetirən müəllim və məktəb direktoru işdən çıxarıldı

Cəmiyyət Materials 20 Oktyabr 2016 13:55 (UTC +04:00)
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və məlumatlar öz təsdiqini tapıb.
Bakıda şagirdinə xəsarət yetirən müəllim və məktəb direktoru işdən çıxarıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və məlumatlar öz təsdiqini tapıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarə tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb: “Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, Sevil İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb. Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti