...

20 yaşlı "Şərq" qəzeti

Cəmiyyət Materials 1 Noyabr 2016 08:03 (UTC +04:00)
Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən "Şərq" qəzeti 20 illik yubileyini qeyd edir.
20 yaşlı "Şərq" qəzeti

Bakı. Trend:

Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən "Şərq" qəzeti 20 illik yubileyini qeyd edir.

Trend-in məlumatına görə, qəzetin əsası 1996-cı il noyabrın 1-də jurnalist Akif Aşırlı tərəfindən qoyulub.

"Şərq" qəzeti Azərbaycan jurnalistikasında öz möhürünü vurmuş mətbuat orqanıdır. Ötən illər ərzində "Şərq" qəzeti Azərbaycan jurnalistikası üçün kadr yetişdirmək prosesində də fəal iştirak edib. Qəzet yaranandan indiyə kimi redaksiyada 100-dən çox jurnalist formalaşıb. İndi onlar müxtəlif mətbuat orqanları, xəbər portalları, televiziya kanalları və dövlət qurumlarında çalışırlar.

Trend "Şərq" qəzetinin kollektivini yubiley münasibətilə təbrik edir, həmkarlara yeni-yeni uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti