...

Cahangir Hacıyev apellyasiya şikayəti verdi

Cəmiyyət Materials 28 Oktyabr 2016 16:28 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Cahangir Hacıyev apellyasiya şikayəti verdi

Bakı. Samir Əli - Trend:

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə Trend-ə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və şikayətdə o, müvəkkilinə bəraət istəyib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti