...

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olundu

Cəmiyyət Materials 29 Oktyabr 2016 00:02 (UTC +04:00)

Bakı. Samir Əli-Trend:

Quba-Xınalıq yolunun 35-ci kilometrliyində dağ uçqunu nəticəsində bağlanan yolda avtomobillərin hərəkəti bərpa olunub.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, oktyabrın 28-də günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu baş verib. Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddət ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti