...

Azərbaycanda bir neçə əczaçılıq zavodu tikiləcək (YENİLƏNİB)

Cəmiyyət Materials 2 Noyabr 2016 12:50 (UTC +04:00)
Azərbaycan yaxın vaxtlarda bir neçə əczaçılıq zavodunun tikintisinə başlayacaq.
Azərbaycanda bir neçə əczaçılıq zavodu tikiləcək (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:47-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan yaxın vaxtlarda bir neçə əczaçılıq zavodunun tikintisinə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda bir sıra ölkələrlə əczaçılıq sahəsində əməkdaşlıq üzrə danışıqlar aparılır.

Nazi əlavə edib ki, İran, Türkiyə və bir sıra Avropa ölkələri ilə birgə dərman istehsalı üzrə danışıqlar aparılır: "Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanda bir neçə əczaçılıq zavodunun tikintisinə başlanacaq".

Ş.Mustafayevin sözlərinə görə, müxtəlif zavodların yaradılması ölkədə istehsal olunan dərman vasitələrinin siyahısını artıra bilər. Pirallahı sənaye parkında əczaçılıq zavodunun özülünün təməlqoyma mərasimində iştirak edən nazir bu zavodun Azərbaycanın dərman idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacağını bildirib.

Nazir qeyd edib: “Bu günə qədər Azərbaycanda dərman istehsalı olmayıb və biz 100 faiz dərman idxalatçısı hesab olunurduq. Bu zavodda 80 adda dərmanın istehsal olunması nəzərdə tutulur.”

Ş.Mustafayev ilkin olaraq zavoda 74 milyon vəsait qoyulacağını və iki ildən sonra Azərbaycanın dərman istehsal edə biləcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti