...

Qaradağ rayonunda Konstitusiya Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2016 19:07 (UTC +04:00)
Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində 12 noyabr - Konstitusiya Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Qaradağ rayonunda Konstitusiya Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində 12 noyabr - Konstitusiya Günü münasibəti ilə dəyirmi masa keçirilib.

Qaradağ RİH-dən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd edib. Bildirib ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Professor Nuru Məmmədov Konstitusiyanın hazırlanmasında və qəbul olunmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, zəhməti olduğunu qeyd edərək, Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsinin ölkəmizin həyatında, gələcəyində müstəsna əhəmiyyətli hadisə olduğunu qeyd edib. Natiq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas qanununu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluşu tarixinin SSRİ dövrünə təsadüf etdiyini qeyd edib. Bugünkü Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu qeyd edib. Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirib.

Sonda professor N.Məmmədov 26 sentyabr 2016-cı il tarixində keçirilən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının referendumunun xalqımızın rifahı, gələcəyinin təmin olunması baxımından çox böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti