...

Hüseynqulu Bağırov: Azərbaycan o azsaylı ölkələrdəndir ki...

Cəmiyyət Materials 18 Noyabr 2016 11:14 (UTC +04:00)
Azərbaycan meşə örtüyü artan azsaylı ölkələrdən biridir.
Hüseynqulu Bağırov: Azərbaycan o azsaylı ölkələrdəndir ki...

Bakı. Samir Əli - Trend:

Azərbaycan meşə örtüyü artan azsaylı ölkələrdən biridir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasənda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazir bildirib ki, hazırda ölkədə əhalinin oduna olan tələbatı azalıb və meşələrin mühafizəsi gücləndirilib:

"Son 10 ildə Azərbaycan dünyada meşələrin mühafizəsini artıran ikinci ölkədir. Daha çox meşə zolağı olan ölkələr var. Amma bu sahədə inkişafa görə biz ikinci ölkəyik. O cümlədən, ətraf mühitin çirklənməsinə qarşı, havaya atılan tullantıların qarşısının alınması istiqamətində aparılan tədbirlərə görə Azərbaycan dünyada 5-ci dövlətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti