...

Nardaranda 130 nömrəli orta məktəbdə xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2016 13:35 (UTC +04:00)
Bu gün Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbdə xeyriyyə aksiyası keçirilib.
Nardaranda 130 nömrəli orta məktəbdə xeyriyyə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbdə xeyriyyə aksiyası keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, aksiyanın əsas məqsədi “Sağlam Gələcək” layihəsi çərçivəsində şagirdlərin gözlərini pulsuz müayinə etməkdən ibarətdir.

“Atəşgah” Sığorta Şirkəti və “Avrasiya” Hospitalının birgə təşkilatçılığı ilə təşkil edilən xeyriyyə aksiyası çərçivəsində şagirdlərin gözləri müayinə olunub, onlara müvafiq məsləhətlər verilib. Şagirdləri müayinə edərkən onları maraqlandıran suallar da ətraflı şəkildə cavablandırılıb.

Sonda 130 nömrəli məktəbin direktoru Ağasəid Orucov belə xeyriyyə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətinin 20 illiyi ilə əlaqədar məktəbdə keçirilən xeyriyyə aksiyası sabah da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti