...

Azərbaycan alimi vəfat edib

Cəmiyyət Materials 2 Dekabr 2016 10:20 (UTC +04:00)
Azərbaycan alimi, AMEA-nın müxbir üzvü Nizami Süleymanov vəfat edib.
Azərbaycan alimi vəfat edib

Bakı. Trend:

Azərbaycan alimi, AMEA-nın müxbir üzvü Nizami Süleymanov vəfat edib.

Trend-in məlumatına görə, N.Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. 202 elmi əsərin müəllifidir. Bunlardan 181-i xaricdə çapdan çıxıb. 56 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

1989-cu ildə maşınqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti