...

Azərbaycanda müəllimlərin kütləvi işdən çıxarılması məlumatlarına aydınlıq gətirildi

Cəmiyyət Materials 6 Dekabr 2016 13:31 (UTC +04:00)
Bu tədris ilinin əvvəlində Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması halları olmayıb.
Azərbaycanda müəllimlərin kütləvi işdən çıxarılması məlumatlarına aydınlıq gətirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu tədris ilinin əvvəlində Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması halları olmayıb.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı məlumat araşdırılıb. Araşdırma zamanı bu məsələnin sinif komplektlərinin müəyyən standartlara uyğun olmayan şəkildə formalaşması ilə bağlı olduğu müəyyənləşdirilib:

"Hər bir sinfin açılması üçün müəyyən standartlar var. Yeni sinfin formalaşdırılması üçün gərək 20 şagird olsun. 20 nəfərdən az şagird kontingenti ilə yeni sinfin açılmasına imkan verilmir. Sinfin bölünməsi standartlarına görə, bir sinifdə 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün".

C.Bayramov deyib ki, Tovuzda bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb:

"Bu, hansısa müəllimin dərs yükü normasına təsir edə bilər. Lakin heç bir ixtisardan söhbət getmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti