...

Azərbaycanın İntellektual Birincisi – yeni finalçılar (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2016 13:16 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual Birincisi" layihəsinin sonuncu regional Tərtər turniri başa çatıb.
Azərbaycanın İntellektual Birincisi – yeni finalçılar (FOTO)

Bakı. Trend:

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual Birincisi" layihəsinin sonuncu regional Tərtər turniri başa çatıb.

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin Tərtər, Ağdam, Beyləqan rayonlarının gənc intellektuallarının iştirakı ilə Tərtər turniri keçirilib.

Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edib. Açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Beyləqan rayonu, "Nə? Harada? Nə zaman?" intellektual oyununda Tərtər rayonu, "Vətəni Tanı" intellektual oyununda Ağdam rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti