...

Maşallah Əhmədovun məhkəməsi təxirə salındı - SƏBƏB?

Cəmiyyət Materials 20 Dekabr 2016 15:09 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Maşallah Əhmədovun məhkəməsi təxirə salındı - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, M.Əhmədov səhhətində yaranan ciddi problemlər səbəbindən məhkəmədə iştirak edə bilməyib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti