...

"Melissa Group" ilin tikinti şirkəti seçilib (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2016 15:14 (UTC +04:00)
Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri "Melissa Group" "Azeri Business Award" mükafatlandırma mərasimində ilin tikinti şirkəti seçilib.
"Melissa Group" ilin tikinti şirkəti seçilib  (FOTO)

Bakı. Trend:

Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri "Melissa Group" "Azeri Business Award" mükafatlandırma mərasimində ilin tikinti şirkəti seçilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevirilən "Melissa Group" 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkət insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir. Bu illər ərzində öz etibarlılığı ilə seçilən "Melissa Group" “Azeri Business Award” mükafatlandırma mərasimində ilin tikinti şirkəti olaraq seçilib. Şirkətin direktoru Xəzər Məmmədov mərasimdə “Azeri Business Award” mükafatını qəbul edib.

5 ay öncə "Melissa Park"ın ilk binasını sakinlərə çıxarışla təqdim edən şirkət, söz verdiyi kimi "Melissa Park"ın ikinci binasının çıxarışını da mənzil sahiblərinə mükafatlandırma mərasimində təhvil verib.

"Melissa Group" "Halal" MTK, "General" MTK, "Yüksəl" MTK, "ASP" MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrasını davam etdirən "Melissa Group" tikinti şirkəti sağlam təməlli, müasir görünüşlü, möhtəşəm binaların inşası ilə daim alıcıların diqqət mərkəzindədir və peşəkar fəaliyyətini dəfələrlə sübut edən şirkət mükafata təsadüfən layiq görülmədiyini əyani şəkildə göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti