UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib (FOTO)

UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib  (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, konfransa tanınmış iqtisadçı-alimin həmkarları, dostları, yaxınları, elm xadimləri, ziyalılar qatılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Aqil Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində, xüsusən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı apardığı tədqiqatların ölkənin gələcək inkişafında əhəmiyyətli olacağını qeyd edib. Rektor görkəmli alimin müstəqil Azərbaycanın dinamik inkişafında mühüm rol oynayan, bu günün stabilliyini təmin edən bir ailənin təmsilçisi olduğunu xüsusi vurğulayıb.

Aqil Əliyevin məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran rektor, bu gün ölkədə və Azərbaycanın hüdudlarından kənarda görkəmli alimin ideyalarını reallaşdıran çox saylı tələbələri olduğunu deyib: “Biz iqtisadçılar üçün Aqil Əliyevin töfhələrini öyrənmək şərəfdir”.

UNEC-in Gömrük işi və ticarət kafedrasının müdiri, professor Arif Şəkərləliyev Azərbaycan iqtisad elminin görkəmli siması Aqil Əliyevin zəngin elmi yaradıcılığından, əsərlərinin əhəmiyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb. Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafi məsələləri elmdə müxtəlif aspektlərdə araşdirilir. Aqil Əliyevin cəmiyyətin inkişafinda sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldirilib.

Akademik, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görkəmli iqtisadçının məhsuldar elmi tədqiqatları ilə yanaşı, pedaqoji fəaliyyətinə də diqqət çəkib. Z.Səmədzadə bildirib ki, görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir.

Akademik Əhliman Əmiraslanov görkəmli alimin fəaliyyəti boyunca səhiyyənin iqtisadi problemlərinə diqqət çəkdiyini vurğulayıb. Qeyd edib ki, Aqil Əliyevin tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. O, səhiyyə xidmətlərinin planlaşdırılması, ayrılan xərclərin dinamik artımının təmini, demoqrafik inkişaf göstəricilərinin yaxşılaşdırılması istiqamətində araşdırmalar aparıb, sosial sahələrin, o cümlədən səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsini konkret faktlarla əsaslandırıb. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov Aqil Əliyevin Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etdiyini bildirib. Eyni zamanda, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışdığını, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olduğunu diqqətə çatdırıb. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb.

Konfransın sonunda Aqil Əliyevin ailə üzvləri adından qızı Zərifə Əliyeva çıxış edərək, belə nüfuzlu konfransın təşkilinə görə UNEC kollektivinə minnətdarlığını bildirib. Z.Əliyeva Prezident İlham Əliyevin və onun xanımının Azərbaycanın inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işləri müsbət qiymətləndirərək, ölkədə elm adamlarına verilən yüksək qiymətdən danışıb.

Noyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Noyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Loading Bars
Xəbər lenti
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
TƏBİB rəsmisi koronavirusa yoluxub
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
Azərbaycan Prezidenti: Biz erməni faşizmini məhv etdik
Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
Azərbaycan Prezidenti: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir
Prezident İlham Əliyev: Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi
Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Britaniyadakı azərbaycanlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Balakəndə maska taxmayanlar cərimələnib
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Vilyam Hacıyev koronavirusa yoluxdu
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım (FOTO)
Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı
İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat
Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat
Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir
Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL
Rusiyada terror aktlarının qarşısı alınıb
Müəllimlərin əmək haqqını mənimsəyən məktəb direktoruna yeni ittiham irəli sürüldü
Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika
COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB
Ermənistanda daha iki nazir müavini istefa verdi
Çayda batan şəxsin meyiti tapılıb
Özünüməşğulluq proqramı Kəlbəcərdə (FOTO)
Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq
Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb
İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır (FOTO)
Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb
Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
“AzerGold”un fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib (FOTO)
Kəlbəcər həqiqi sahiblərinə qayıtdı - Türkiyə hökuməti
“AccessBank”da kadr dəyişikliyi
Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edildi
Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər
Kəlbəcərin peykdən görüntüləri yayılıb (FOTO)
Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri (FOTO/VİDEO)
Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur - Deputat
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiqlənib
Kəlbəcərin təhsil statistikası açıqlanıb
Ordumuz Kəlbəcərdə Ermənistanla sərhəddəki yüksəklikləri tutacaq - Vaqif Dərgahlı (FOTO)
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Noyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat
Qazaxıstanda koronavirusa daha 720 nəfər yoluxub
Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər (FOTO/VİDEO)
Yaponiyada 4,3 bal gücündə zəlzələ olub
Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq
İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır
Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Bakıda evdə yanğın olub
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub
Bütün xəbərlər