...

Vəzifəli şəxslərlə bağlı bəyannamə hazırlanır

Cəmiyyət Materials 16 Yanvar 2017 11:47 (UTC +04:00)
Azərbaycanda vəzifəli şəxslərlə bağlı gəlir bəyannaməsinin hazırlanması ilə əlaqədar xarici ölkələrin təcrübəsi öyrənilir.
Vəzifəli şəxslərlə bağlı bəyannamə hazırlanır

Bakı. Samir Əli - Trend:

Azərbaycanda vəzifəli şəxslərlə bağlı gəlir bəyannaməsinin hazırlanması ilə əlaqədar xarici ölkələrin təcrübəsi öyrənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı bir sıra ölkələrin hazırladıqları bəyannamələr özünü doğrultmayıb:

"Həmin ölkələrdə bu sənəd effekt vermədi. Ona görə də biz tələsmirik. Daha effektiv sənəd hazırlamaq istəyirik. Məsələ gündəmdədir və müəyyən təcrübələr öyrəniləndən sonra bu bəyənnamənin daha effekli hazırlanacağı nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti