...

Bakı Zooparkına Çexiyadan hədiyyə - Cırtdan maral

Cəmiyyət Materials 18 Yanvar 2017 07:55 (UTC +04:00)
Bakı Zooparkına yeni cırtdan maral hədiyyə olunub
Bakı Zooparkına Çexiyadan hədiyyə - Cırtdan maral

Bakı. Samir Əli - Trend:

Bakı Zooparkına yeni cırtdan maral hədiyyə olunub. Bu barədə Trend-ə Bakı Zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, həmin heyvan Çexiya zooparkından hədiyyə edilib: "Bir ay əvvəl bir cüt buncak (cırtdan maral) zooparkımıza hədiyyə edilib. Bundan başqa, həmçinin zooparka 3 dekarativ keçi də verilib. Heyvanlar artıq zooparkdadır".

A.Hüseynov bildirib ki, həmçinin zooparka 30 başa yaxın zəif qu quşu verilib. Qu quşları müalicə edilib, indi onlar sağlamdır.

Zooparkın direktoru bildirib ki, hazırda ərazidə abadlıq işləri görülür: "Artıq cırtdan maral, kenqurular və lamanın görünüşləri dəyişib. Bu istiqamətdə işlər davam etdirilir".

Xatırladaq ki, 2009-cu ildə Belarusun Minsk zooparkı ilə imzalanan müqaviləyə əsasən, Bakı zooparkına altı növ heyvan gətirilib. Hazırda burada 1200-dən çox quş və heyvan saxlanılır. Bakıda zooparkın yaradılması ötən əsrin 20-ci illərinə təsaduf edir. İndiki zoopark isə 1984-cu ildə istifadəyə verilib və ərazisi 2001-ci ildən sonra genişləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti