...

Azərbaycan Berlin Beynəlxalq Yaşıl Həftə sərgisində iştirak edir (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2017 21:11 (UTC +04:00)
20 yanvar 2017-ci il tarixində Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən 82-ci Beynəlxalq Yaşıl Həftə öz işinə başlayıb
Azərbaycan Berlin Beynəlxalq Yaşıl Həftə sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

20 yanvar 2017-ci il tarixində Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən 82-ci Beynəlxalq Yaşıl Həftə öz işinə başlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycan milli stendi ilə təmsil olunur və ölkəmizin 20-ə yaxın özəl şirkətinin məhsulları nümayiş olunur.

Tədbirdə və Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumda Azərbaycan Respublikasından Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Bu gün Beynəlxalq Yaşıl Həftə sərgisinin və eyni zamanda milli stendimizin açılışı olub.

Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar, həmçinin Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun sədri Karin Strents və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər.

Sərgidə və stendimizin açılışında Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti