...

Bakı Nəqliyyat Agentliyi marşrut sahiblərinə GPS-lə bağlı xəbərdarlıq etdi

Cəmiyyət Materials 24 Yanvar 2017 11:19 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün fiziki və hüquqi şəxslərə GPS-lə bağlı məktub göndərilib.
Bakı Nəqliyyat Agentliyi marşrut sahiblərinə GPS-lə bağlı xəbərdarlıq etdi

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün fiziki və hüquqi şəxslərə GPS-lə bağlı məktub göndərilib.

Bu barədə Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, BNA bütün daşıyıcılara fevralın 10-na qədər vaxt verib:

"Biz hər zaman məsələləri liberal şəkildə həll etməyə çalışırıq. Yəni, kimlərisə cərimələmək inzibati şəkildə cəzalandırmaq kimi niyyətimiz yoxdur. Ona görə də daşıyıcılara rəsmi xəbərdarlıq məktubu göndərmişik ki, istifadə etdikləri avtobuslar artıq izlənilir. Yəni, qeyd etdiyimiz vaxtdan sonra GPS-in ötürdüyü məlumatlar əsasında qaydaları pozan və tələblərə əməl etməyən həm sürücülərə, həm də daşıyıcılara qarşı qanuna müvafiq qaydada tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti