...

Tələbə qəbulu ilə bağlı imtahanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək

Cəmiyyət Materials 28 Yanvar 2017 13:46 (UTC +04:00)
Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edilib.
Tələbə qəbulu ilə bağlı imtahanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək

Bakı. Trend:

Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən 15-ci hissədə “ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi,” sözləri “orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi.” sözləri ilə əvəz edilir.

İmtahanların ödənişli olması üçün bu xidmətlər Tarif Şurasının siyahısına daxil edilməlidir

İmtahanların ödənişli olması üçün bu xidmətlər Tarif Şurasının siyahısına daxil edilməlidir

Aşağıdakı məzmunda 42-ci hissə əlavə edilir:

“42. Dövlət qulluğu üzrə test imtahanlarında iştirak etmək”.

Qeyd edək ki, bundan əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlərin Tarif Şurasının müvafiq siyahısına daxil edilməli olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti