...

Bakının bəzi küçə və prospektlərində sürət həddi azaldıldı

Cəmiyyət Materials 28 Yanvar 2017 21:21 (UTC +04:00)
Bakının bəzi küçə və prospektlərində sürət həddi azaldılıb.
Bakının bəzi küçə və prospektlərində sürət həddi azaldıldı

Bakı. Samir Əli - Trend:

Bakının bəzi küçə və prospektlərində sürət həddi azaldılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, faktiki hava şəraiti ilə əlaqədar olaraq Bakının əsas avtomagistrallarında: Heydər Əliyev prospekti - Hava limanı istiqamətində, eləcə də Nobel prospekti Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti