...

Sinqapurda Peyğəmbərin mövluduna həsr olunmuş beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunub (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2017 15:20 (UTC +04:00)

Bakı. Trend:

Sinqapurun “Baalvi” məscidi tərəfindən 25-28 yanvarda Məhəmməd Peyğəmbərin (S.Ə.V) mövluduna həsr olunmuş beynəlxalq tədbir keçirilib.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirə müxtəlif müsəlman ölkələrindən, xüsusilə də Malayziya, İndoneziya, Bruney Darussalam və sair region ölkələrindən 4 minə yaxın din xadimləri və icma liderləri, ilahiyyatçılar, tanınmış professorlar və məşhur alimlər dəvət olunublar.

Məscidin rəhbəri Seyid Həsən bin-Məhəmməd əl-Attas (Peyğəmbər nəslinə mənsub, Cənub-Şərqi Asiya regionunda böyük nüfuza malik olan məşhur əl-Attas ailəsinin üzvüdür) tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də dəvət olunduğu proqramda ölkəmizi QMİ-nin sədr müavini Rəşad Əliyarlı təmsil edib.

R.Əliyarlı Seyid Həsən bin Məhəmməd əl-Attas ilə ikitərəfli görüşdə QMİ sədrinin salamlarını və dəvət üçün təşəkkürünü qarşı tərəfə çatdırıb, dini dözümlülük, tolerantlıq və digər mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, sonda QMİ sədrinin xüsusi hədiyyəsi olan Azərbaycan xalçasını, bəzi nəşriyyatları və tolerantlığa dair hazırlanmış video diski məscid rəhbərinə təqdim edib. Seyid H.M.əl-Attas xüsusi diqqətə və hədiyyəyə görə Şeyxülislam H.A.Paşazadəyə minnətdarlığının çatdırılmasını xahiş edib və ilk fürsətdə Azərbaycana səfər etmək arzusunda olduğunu vurğulayıb.

Daha sonra Sinqapurun 3 nazirinin, 2 nazir müavinlərinin, sabiq nazirlərinin, parlament üzvlərinin və digər çoxsaylı yüksək rütbəli dövlət rəsmilərinin də iştirak etdikləri əsas proqramda çıxış edən R.Əliyarlı ilk öncə bütün iştirakçılara QMİ sədrinin salamlarını çatdırıb. Azərbaycanda islam tarixi və mədəniyyəti, multikulturalizm, müxtəlif dinlərin birgə sülh, qarşılıqlı hörmət və yüksək tolerantlıq mühitində yaşadıqlarından bəhs edib. Sovet dövründə cəmi 18 məscidi qalmış Azərbaycanda müstəqillikdən etibarən bu gün ölkə üzrə məscidlərin sayının 2 mini keçdiyini qeyd edərək, dövlətimizin dinə göstərdiyi qayğı və dəstəyindən söhbət açıb.

Proqram İştirakçılarının diqqətinə xüsusi olaraq çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib və bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin keçirilməsi nəzərə tutulub.

Tədbir Sinqapurdakı yetim və kimsəsizlərə baş çəkməklə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti