...

Milli Məclisin yeni işçi qrupu gözün buynuz qişasının gətirilməsi ilə bağlı ik iclasını keçirib

Cəmiyyət Materials 3 Fevral 2017 21:58 (UTC +04:00)
Azərbaycana gözün buynuz qişasının gətirilməsi problemlərinin həlli ilə bağlı Milli Məclisdə yaradılmış yeni işçi qrupu bu gün ilk iclasını keçirib.
Milli Məclisin yeni işçi qrupu gözün buynuz qişasının gətirilməsi ilə bağlı ik iclasını keçirib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana gözün buynuz qişasının gətirilməsi problemlərinin həlli ilə bağlı Milli Məclisdə yaradılmış yeni işçi qrupu bu gün ilk iclasını keçirib. Bu barədə Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, işçi qrupunun rəhbəri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, iclasda qərara alınıb ki, gözün buynuz qişasının Azərbaycana gətirilməsini təmin etmək üçün bir neçə qanunvericilik aktlarına əlavə və dəyişikliklər olunmalıdır, o cümlədən gömrük prosedurları asanlaşdırılmalıdır:

"Araşdırdıq ki, iki qanuna – "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklik olunmalıdır. Gələn həftə ərzində biz dəyişikliklərlə bağlı layihələri parlamentin Səhiyyə komitəsinə təqdim edəcəyik. Sonra isə sənəd baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Bu iki qanunda dəyişiklik edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında Azərbaycana gözün buynuz qişasının gətirilməsi mümkün olacaq".

Milli Məclisdə yeni işçi qrupu yaradılır - Maneəni aradan qaldırmaq üçün

Milli Məclisdə yeni işçi qrupu yaradılır - Maneəni aradan qaldırmaq üçün

Qeyd edək ki, işçi qrupuna Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ekspertləri də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti