...

Baytarlıq Nəzarəti Xidməti: Şəmkirdə tələf olan qoyunlarda infeksiya aşkarlanmayıb

Cəmiyyət Materials 16 Fevral 2017 17:07 (UTC +04:00)
Şəmkir rayonunda fərdi təsərrüfatlardan birində tələf olunan qoyunlarda infeksiya aşkarlanmayıb.
Baytarlıq Nəzarəti Xidməti: Şəmkirdə tələf olan qoyunlarda infeksiya aşkarlanmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Şəmkir rayonunda fərdi təsərrüfatlardan birində tələf olunan qoyunlarda infeksiya aşkarlanmayıb.

Bunu özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli bildirib ki, fərdi təsərrüfatların birində 30-40 baş qoyunun tələf olması barədə onlara məlumat verilib: "Şəmkir Rayon Baytarlıq İdarəsindən verilən ilkin məlumata görə, qoyunların tələf olmasına baxımsızlıq səbəb olub. Çox arıq olan qoyunlar soyuqlayaraq tələf olublar".

Y.Xanvəlinin sözlərinə görə, hadisə ilə bağlı Tovuz Baytarlıq Laboratoriyasında müayinə aparılıb. Müayinələrin nəticəsində infeksiya aşkarlanmayıb.

Qoyunların tələf olmasının səbəbini müəyyənləşdirmək üçün hazırda Respublika Baytarlıq Laboratoriyasında da müayinələrin aparıldığını deyən Y.Xanvəli hələlik infeksiya aşkarlanmadığını, lakin müayinələrin davam etdirildiyini söyləyib.

DBNX rəsmisi hazırda epizodik vəziyyətin sabit olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti