...

BDU-da "Qorqud atadan günümüzə aşıqlıq ənənəsi" simpoziumu keçiriləcək

Cəmiyyət Materials 27 Fevral 2017 13:38 (UTC +04:00)
Fevralın 28-də Bakı Dövlət Universitetində (BDU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçiriləcək.
BDU-da "Qorqud atadan günümüzə aşıqlıq ənənəsi" simpoziumu keçiriləcək

Bakı. Trend:

Fevralın 28-də Bakı Dövlət Universitetində (BDU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçiriləcək.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyənin “Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektoru, professor Selçuk Coşkun, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edəcəklər.

Simpoziumda Türkiyədən 27, Qazaxıstandan 5, Qırğızıstan 4 və Azərbaycandan 14, ümumi 53 tədqiqatçı və muğənn iştirak edəcək. Simpozium çərçivəsində elmi iclaslarla yanaşı mədəni tədbirlər də keçiriləcək. Tədbirdə həmçinin Dədə Qorqud bəstələri səsləndiriləcək.

Bölmə iclasları ilə davam edəcək simpoziumda aşıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzular ətrafında müzakirələr aparılacaq. Simpozium martın 1-dək davam edəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti