...

Maşallah Əhmədovun müdafiəsinə qoşulan yeni vəkil KİMDİR?

Cəmiyyət Materials 27 Mart 2017 17:46 (UTC +04:00)
Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun müdafiəsinə daha bir vəkil qoşulub.
Maşallah Əhmədovun müdafiəsinə qoşulan yeni vəkil KİMDİR?

Bakı. Samir Əli - Trend:

Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun müdafiəsinə daha bir vəkil qoşulub.

Trend-in məlumatına görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov artıq M.Əhmədovun müdafiəsi ilə bağlı müqavilə imzalayıb. Bundan sonra M.Əhmədovun hüquqlarını vəkil Samir Abdullayevlə Əli Hüseynov müdafiə edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, “Neftçi”nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti