...

Sürücülərin diqqətinə: Bu küçələrdə də hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 31 Mart 2017 17:13 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Sürücülərin diqqətinə: Bu küçələrdə də hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti