...

AYB Gəncə Bölməsində 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2017 13:33 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə 31 mart soyqırım gününə həsr olunmuş tədbir keçirilib.
AYB Gəncə Bölməsində 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri Xəzangül açaraq soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. O bildirib ki, 1918-ci ildə erməni daşnak və bolşevik birləşmələri Bakı, Quba, Şamaxı, Qarabağ və digər bölgələrdə minlərlə günahsız insanı qanına qəltan etdilər, qadınları, qocaları və uşaqları ağır işgəncələrə məruz qoyaraq amansız qətliam törətdilər.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Sahib İbrahimli qeyd edib ki, 31 mart soyqırımı elə bir tarixdir ki, zaman keçdikcə gələcək əsrlərin insanlarını da dəhşətə gətirəcək. Bu, tək Azərbaycan xalqına soyqırım kimi deyil, bütün bəşəriyyətə, insanlığa qarşı soyqırımdır".

Şair və yazıçılardan Nüşabə Əsəd Məmmədli, Fərruxə Umarova, İnqilab İsaq, Fazil Sənan, Ramiz Təmkin, Zaur Quliyev, Zahir Şirani, Aləmzər Əlizadə soyqırım haqqında öz fikirlərini söylədilər, bu faciəyə həsr etdikləri şeirlərini oxudular.

Sonda tədbir iştirakçıları 31 mart soqırımına həsr olunmuş sərgiyə baxdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti