Bakı. Samir Əli - Trend:
Paytaxtın daha bir mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılır.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.
Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.