...

Mərakeş səfiri: Şopinq Festivalı turistləri Azərbaycana gəlməyə həvəsləndirəcək

Cəmiyyət Materials 12 Aprel 2017 17:46 (UTC +04:00)
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda başlanan Şopinq Festivalını “yaxşı və uğurlu təşəbbüs” adlandırıb.
Mərakeş səfiri: Şopinq Festivalı turistləri Azərbaycana gəlməyə həvəsləndirəcək

Bakı. Trend:

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda başlanan Şopinq Festivalını “yaxşı və uğurlu təşəbbüs” adlandırıb.

Trend-in məlumatına görə, səfir bildirib ki, Avrovizion, Birinci Avropa Oyunları, Formula-1 və bu yaxınlarda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq mədəni, idman tədbirləri Bakını daha da məşhurlaşdırıb: “Bakı beynəlmiləl bir şəhərdir. Coğrafi mövqeyi, iqlimi, infrastrukturu, mətbəxi və insanlarının qonaqpərvərliyinə görə Bakı son illər daha cəlbedici bir şəhərə çevrilib”.

Səfir qeyd edib ki, ümumiyyətlə, turistlər alış-veriş etməyi xoşlayırlar. Hətta onların bir çoxu hər hansı ölkəyə məhz elə şopinq məqsədilə səfər edirlər: “Buna görə də, əgər festival uzunmüddətli və davamlı olsa, xaricdə də yaxşı təbliğ edilsə, bu əlbəttə ki, turistləri Azərbaycana səfər etməyə sövq edəcək”.

Səfirin fikrincə, bununla yanaşı festivalın miqyasının daha genişləndirilməsi xarici şirkətlər də cəlb oluna, xarici aviaşirkətlərin imkanlarından istifadə etməklə turistlərə Bakı Şopinq Festivalında iştirak üçün xüsusi paketlər təklif edilə bilər.

Məhəmməd Adil Embarş Bakı Şopinq Festivalının uğurla keçəcəyinə əmin olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti