...

Bilik Fondu ilə Azərbaycan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2017 16:42 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bilik Fondu ilə Azərbaycan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın imzaladıqları Anlaşma Memorandumuna görə, tərəflər hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərmək məqsədi ilə birgə tədbirlər həyata keçirəcək.

İmzalanma mərasimində çıxış edən O.Səmədov bildirib ki, Azərbaycan Universitetinin müəllim, tələbə kontingenti rəhbərlik etdiyi qurumun əməkdaşları, Fondun lektorlar qrupunun üzvləri ilə birgə layihələrə cəlb olunacaqlar.

Müxtəlif elm, təhsil ocaqları ilə imzalanan əməkdaşlıq sazişlərini xatırladan icraçı direktor bu çərçivədə görülən işlərin əhəmiyyətindən danışaraq, birgə fəaliyyətin effektiv olduğunu, görülən işlərin nəticələrinə müsbət təsir etdiyini söyləyib.

Azərbaycan Universitetinin rektoru S.Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Bilik Fondunun bir neçə tədbirlər həyata keçirdiyini diqqətə çatdıraraq, qarşılıqlı əməkdaşlığın Memorandum imzalanması səviyyəsinə qədər yüksəlməsindən məmnun olduğunu deyib.

Rektor vurğulayıb ki, Bilik Fondu ölkə ictimaiyyətinin hərtərəfli inkişafı naminə universitetin elmi-texniki bazasına və insan kapitalının dəstəyinə tam arxalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti