...

Dağıstanda zəlzələ olub - Zaqatalada 4 bala qədər hiss olunub

Cəmiyyət Materials 3 May 2017 13:55 (UTC +04:00)

Bakı. Trend:

Dağıstanda baş vermiş zəlzələ Zaqatala rayonunda 4 bala qədər hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb.

Maqnitudası 5.2, dərinliyi 42 km olan zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti