...

Almaniyanın Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 9 May 2017 20:00 (UTC +04:00)
Cari ilin 5-6 may tarixlərində Almaniyanın Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə tədbirlər keçirilib
Almaniyanın Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar tədbirlər keçirilib (FOTO)

Cari ilin 5-6 may tarixlərində Almaniyanın Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə tədbirlər keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə əcdadları Cənubi Qafqazda, əsasən Azərbaycanın bugünkü Göygöl rayonunda məskunlaşmış almanların toplantısı baş tutub. Toplantıda ölkəmizdəki alman irsinin qorunub saxlanması istiqamətində görülən işlər müzakirə edilib, cənab Prezident İlham Əliyevin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar tədbirlərin planının hazırlanmasına dair imzaladığı sərəncam vurğulanıb.

Daha sonra Roytlinqen Şəhər Diyarşünaslıq Muzeyində almanların Azərbaycandakı həyatını əks etdirən “İtirilmiş izlər. Qafqaza şvab köçü 1817” adlı foto-sərginin açılış mərasimi və elmi konfrans keçirilib.

Roytlinqen şəhərinin meri Robert Han, Helenendorf (Göygöl) almanlarının indiki nəsillərinin sözçüsü Qizela Rasper, Diyarşünaslıq Muzeyinin direktoru Verner Ştröbele, Berlin Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri prof. Eva-Maria Aux tədbirdə çıxış ediblər. Tədbirdə həmçinin pianoçu Aleksandr Raytenbaxın ifasında musiqi nömrələri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti