...

İƏT ölkələri "Gənclər Zirvəsi" Bakı Bəyannaməsini qəbul edib (FOTO)

Cəmiyyət Materials 12 May 2017 09:47 (UTC +04:00)
“Beynəlxalq İƏT Modeli” başa çatıb, qaliblər elan olunub.
İƏT ölkələri "Gənclər Zirvəsi" Bakı Bəyannaməsini qəbul edib (FOTO)

Bakı. Trend:

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müvafiq qərarı, Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə 35 ölkəni təmsil edən gənclərin iştirakı ilə “Fəaliyyətdə həmrəylik” şüarı altında 2 gün davam edən və ötən gün işini başa çatdıran “İƏT Modeli Gənc Liderlər Zirvəsi”nin təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirilib.

İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqları müdafiəsi və s. mövzuları əhatə edən Gənclik Zirvəsində İƏT-in 35 üzv-ölkəsinin 70-ə yaxın universitetindən seşilmiş 100-ə yaxın gənc lider, beynəlxalq təşkilat rəhbərləri, İƏT-ə üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT və İƏT yüksək nümayəndələri, dövlət nümayəndələri iştirak ediblərr.

Tədbirin son günü müzakirələrinin nəticəsi olaraq yekun qətnamələr qəbul edilib, iştirakçılara və simulyasiya sessiyalarının qaliblərinə müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib, Beynəlxalq İƏT Modelin təqdimatı keçirilib, İƏT Modeli Gənc Liderlər Zirvəsinin qəbul etdiyi Bakı Bəyannaməsi elan olunub.

Gənclər Zirvəsinin sessiyalarında iştirakçılar Xocalı faciəsinə qlobal miqyasda hüquqi-siyasi qiymət verilməsi, Rohinya münaqişəsi qurbanlarının insani haqlarının qorunması, İslamofobiyaya qarşı mübarizə məsələləri ilə bağlı müvafiq qətnamələr qəbul ediblər. Xocalıya həsr olunmuş sessiyada beynəlxalq iştirakçılar tərəfindən “Xocalıya Ədalət” kampaniyası, humanitar problemlərin sivilizasiyalararası dialoq aspektindən tanıtdırılması istiqamətində nümunəvi təşəbbüs kimi qiymətləndirilib.

Sammitin beynəlxalq münsiflər heyətinin qərarına əsasən, İndoneziyanı (1-ci yer), Fələstini (2-ci yer) və Kamerunu (3-cü yer) təmsil edən komandalar Beynəlxalq İƏT Modelin qalibləri elan olunub, Azərbaycanı təmsil edən komanda isə xüsusi mükafatla təltif edilib.

“İƏT Modeli” Gənc Liderlər Zirvəsinin təntənəli bağlanış mərasimində İƏT Baş Katibi Y.əl-Useyminin müraciəti oxunub, xüsusi tapşırıqlar üzrə səfir Pərviz Şahbazov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun direktoru Fərhad Hacıyev, İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov çıxış edərək, İslam ölkələri həmrəyliyi və ənəkdaşlığının onların inkişafı üçün zəmin olduğunu, bu baxımdan gənclərin intellektual inkişafı və gələcək əməkdaşlığına yönələn belə tədbirlərin xüsusi əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda Gənclər Zirvəsi tərəfindən qəbul olunmuş Bakı Bəyannaməsində İƏT arealı ölkələrinin gələcək inkişafı, gedən münaqişələrin həlli, müasir çağırışlara müsəlman ölkələrinin verəcəyi cavablar, radikalizm və ekstremizmin aradan qaldırılması yollarının gəncliyin gələcəyə hesablanan əməkdaşlıq yolları göstərilib, bu kontekstdə İslam ölkələrinin həmrəyliyinə inam qeyd olunub. Bəyannamədə eyni zamanda, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları və bu oyunlar ərəfəsində gənclik proqramı olaraq İƏT ölkələri Gənclik Zirvəsinin keçirilməsi, Azərbaycan dövləti və rəhbərliyi tərəfindən İslam ölkələrinin həqiqi həmrəyliyinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti